Ministry of Agriculture of Azerbaijan Republic

04/10/2026 | Press release | Distributed by Public on 04/10/2026 06:52

Aqrar Sığorta Fonduna 6500 hektardan artıq əkin sahəsi üzrə zərər müraciətləri daxil olub

Aqrar Sığorta Fonduna 6500 hektardan artıq əkin sahəsi üzrə zərər müraciətləri daxil olub

Ölkə ərazisində son günlər davam edən qeyri-sabit hava şəraiti və güclü yağışlar kənd təsərrüfatına ciddi təsir göstərməkdədir.

Yağışlar nəticəsində yaranan sel və subasma hadisələrindən zərər çəkən əkin sahələri ilə bağlı fermerlərin Aqrar Sığorta Fonduna ünvanladıqları müraciətlərin sayı artmaqdadır.

Güclü yağışların başladığı 27 mart 2026-cı il tarixindən 9 aprel tarixinədək olan dövrdə Aqrar Sığorta Fonduna müxtəlif hadisələr üzrə ümumilikdə 601 sığorta müqaviləsini əhatə edən 93 müraciət daxil olub. Bu müraciətlər müxtəlif bitkilərin əkildiyi 6541 hektar əkin sahəsini əhatə edir.

Ən çox müraciət Quba-Xaçmaz regionundan daxil olub. Bu bölgədən daxil olan müraciətlər 5700 hektar sahəni əhatə edir. Xüsusilə Xaçmaz və Şabran rayonlarından çoxsaylı müraciətlər qeydə alınıb.

Dağlıq Şirvan regionu üzrə 381 hektar, Mərkəzi Aran regionu üzrə 213 hektar, Gəncə-Daşkəsən regionu üzrə 154 hektar, Qarabağ regionu üzrə 56 hektar, Şirvan-Salyan regionu üzrə 24 hektar, Abşeron-Xızı regionu üzrə isə 12 hektar sahədə baş verən hadisə üzrə müraciətlər daxil olub.

Müraciətlərin böyük hissəsi - 6256 hektar sahə üzrə - sel və subasma hadisələri ilə bağlı olub. Bundan başqa 223 hektar sahə üzrə müraciətlər üçüncü şəxslərin hərəkətləri, 53 hektar üzrə fırtına-qasırğa, 5 hektar üzrə vəhşi heyvan hücumları, 3,46 hektar üzrə isə dolu hadisələri ilə bağlı olub.

Aqrar Sığorta Fonduna daxil olan bütün müraciətlər qeydə alınıb. Hadisələrin araşdırılması və ilkin qiymətləndirilmənin aparılması üçün ərazilərə müstəqil aqrar sığorta ekspertləri göndərilib.

Yağış və sel-subasma hallarının davam etməsi səbəbindən bəzi ərazilər üzrə təkrar müraciətlər də daxil olmaqdadır. Müraciuətlərdə bildirilir ki, ilkin zərər qiymətləndirilməsi aparılmış bəzi sahələrdə hadisələr yenidən baş verib və həmin ərazilərə təkrar ekspertlər göndərilir.

Tarix: 10 Aprel 2026
Paylaşmaq:
Ministry of Agriculture of Azerbaijan Republic published this content on April 10, 2026, and is solely responsible for the information contained herein. Distributed via Public Technologies (PUBT), unedited and unaltered, on April 10, 2026 at 12:52 UTC. If you believe the information included in the content is inaccurate or outdated and requires editing or removal, please contact us at [email protected]