SOCAR - State Oil Company of Azerbaijan Republic

09/21/2026 | Press release | Distributed by Public on 09/21/2026 04:12

SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Neftçilər Günü peşə bayramı münasibətilə SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

SOCAR-ın kollektivi əvvəlcə Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin qurucusu, ölkəmizin yeni enerji strategiyasının müəllifi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla anaraq Ulu Öndərin abidəsi önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Şəhidlər xiyabanını ziyarət edən SOCAR kollektivi ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

SOCAR - State Oil Company of Azerbaijan Republic published this content on September 21, 2026, and is solely responsible for the information contained herein. Distributed via Public Technologies (PUBT), unedited and unaltered, on September 21, 2026 at 10:12 UTC. If you believe the information included in the content is inaccurate or outdated and requires editing or removal, please contact us at [email protected]