SOCAR - State Oil Company of Azerbaijan Republic

11/05/2026 | Press release | Distributed by Public on 11/04/2026 22:57

SOCAR ilə “Comstock” şirkəti arasında yekun alqı-satqı müqaviləsi imzalanıb

4 noyabr 2026-cı il tarixində SOCAR ilə "Comstock" şirkəti arasında "Legacy Haynesville" layihəsi üzrə "upstream" aktivlərindəki iştirak payının 20 faizinin, "Western Haynesville" layihəsi üzrə "upstream" aktivlərindəki iştirak payının 15 faizinin, eləcə də "Pinnacle Gas Services LLC"də "Comstock"a məxsus 73 faizlik iştirak payının 15 faizinin əməliyyatların idarə edilməsində iştirak hüququ olmadan SOCAR tərəfindən alınmasına dair yekun alqı-satqı müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən, sövdələşmənin ümumi dəyəri, alış qiymətinə standart düzəlişlərin tətbiqi şərtilə 1,65 milyard ABŞ dolları təşkil edir.

SOCAR-ın "Western Haynesville" layihəsi üzrə kəşfiyyat və hasilat aktivlərindəki iştirak payı beş il keçdikdən və SOCAR həmin aktivlərə yatırdığı investisiyadan 15 faiz gəlirlilik əldə etdikdən sonra 7,5 faizə endiriləcək.

Əməliyyatın qüvvəyə minmə tarixi 1 iyul 2026-cı il müəyyən edilib.

Sövdələşmənin yekunlaşması üçün müvafiq dövlət qurumlarından razılıqların alınması və qanunvericiliyə uyğun digər hüquqi prosedurların icrası həyata keçirilir.

SOCAR - State Oil Company of Azerbaijan Republic published this content on November 05, 2026, and is solely responsible for the information contained herein. Distributed via Public Technologies (PUBT), unedited and unaltered, on November 05, 2026 at 04:57 UTC. If you believe the information included in the content is inaccurate or outdated and requires editing or removal, please contact us at [email protected]