Ministry of Agriculture of Azerbaijan Republic

06/05/2026 | Press release | Distributed by Public on 06/05/2026 08:14

Aqrar Sığorta Fondu təsərrüfatlara dəyən zərərləri qiymətləndirir

Aqrar Sığorta Fondu təsərrüfatlara dəyən zərərləri qiymətləndirir

Ölkəmizin müxtəlif bölgələrində havaların qeyri-sabit keçməsi, güclü yağış, dolu yağması, sel-subasma hadisələri, fırtına-qasırğa kimi hallar kənd təsərrüfatı və əkin sahələrinə də zərər vurmaqdadır. Bununla əlaqədar olaraq sığortalı fermerlər tərəfindən Aqrar Sığorta Fonduna (ASF) zərər müraciətlərinin sayı artıb. May ayının əvvəlindən indiyədək ASF-yə ölkənin 35 rayonundan 3500-dən artıq müqavilə üzrə zərər müraciətləri daxil olub.

Ən çox zərər müraciətləri Şəki-Zaqatala, Qarabağ, Şirvan-Salyan, Dağlıq Şirvan və Qazax-Tovuz bölgələrini əhatə edir. ASF-yə ən çox zərər müraciətləri olan əkin sahələri isə Şəki-Zaqatala və Şirvan-Salyan regionlarındadır.

Daxil olan zərər müraciətləri 53 min hektar əkin sahəsi ilə əhatə olunan müqavilələri əhatə edir. Bundan 52 min hektarı taxıl sahələri - arpa-buğda əkinləridir. Zərər müraciətləri eləcə də alma, armud, badam, ərik, fındıq, gilas, nar, nektarin, pambıq, qoz və şaftalı bitkilərini əhatə edib.

Bu dövrdə ən çox baş verən hadisələr sel-subasma, çayların daşması nəticəsində sel-subasma, fırtına, qasırğa, dolu və 3-cü şəxslərin hərəkətləri olub. Son həftə ərzində daxil olan müraciətlərin əsas səbəbi dolu və fırtına-qasırğa hallarıdır.

ASF-də bütün müraciətlər qeydə alınır, yerlərdə əraziyə baxış keçirilməsi, hadisənin araşdırılması və zərərin hesablanması üçün bölgələrə aqrar sığorta ekspertləri yönəldilir. Hazırda ASF-nin bütün ekspertləri bölgələrdə təsərrüfatlara və əkinlərə dəymiş zərərlərin qiymətləndirilməsi ilə məşğuldurlar.

Zərərin həcmindən və hadisədən asılı olaraq fermerlərə sığorta ödənişləri barədə qərar veriləcək.

Sığortalı fermerlərə zərər ödənişləri qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

Fermerlər sığorta haqlarının məbləği və şərtləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindən (asf.gov.az) tanış ola bilərlər.

Tarix: 05 Iyun 2026
Paylaşmaq:
Ministry of Agriculture of Azerbaijan Republic published this content on June 05, 2026, and is solely responsible for the information contained herein. Distributed via Public Technologies (PUBT), unedited and unaltered, on June 05, 2026 at 14:14 UTC. If you believe the information included in the content is inaccurate or outdated and requires editing or removal, please contact us at [email protected]