Ministry of Agriculture of Azerbaijan Republic

08/07/2026 | Press release | Distributed by Public on 08/07/2026 06:55

Kənd Təsərrüfatı Nazirliyində qanvermə aksiyası keçirilib

Kənd Təsərrüfatı Nazirliyində qanvermə aksiyası keçirilib

Kənd Təsərrüfatı Nazirliyində hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyası keçirilib.

Qanvermə aksiyası Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi Respublika Qan Bankı və Talassemiya Federasiyası İctimai Birliyinin birgə təşəbbüsü ilə baş tutub.

Aksiyada Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi, Nazirliyin və tabeli qurumlarının əməkdaşları iştirak edib.

Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.

Aksiyaya qoşulanlar qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin savab iş olduğunu vurğulayıb, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər.

Belə xeyriyyə tədbirlərinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Tarix: 07 Avqust 2026
Paylaşmaq:
Ministry of Agriculture of Azerbaijan Republic published this content on August 07, 2026, and is solely responsible for the information contained herein. Distributed via Public Technologies (PUBT), unedited and unaltered, on August 07, 2026 at 12:55 UTC. If you believe the information included in the content is inaccurate or outdated and requires editing or removal, please contact us at [email protected]