Ministry of Agriculture of Azerbaijan Republic

03/06/2026 | Press release | Distributed by Public on 03/06/2026 07:08

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ağdamda vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ağdamda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov martın 12-də saat 09:00-da Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Ağdam, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı bu rayonlardan olan vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən Ağdam, Füzuli və Xocavənd rayonlarının sakinləri Ağdam DAİM-ə (051-950-24-29) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar mütləq əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Tarix: 06 Mart 2026
Paylaşmaq:
Ministry of Agriculture of Azerbaijan Republic published this content on March 06, 2026, and is solely responsible for the information contained herein. Distributed via Public Technologies (PUBT), unedited and unaltered, on March 06, 2026 at 13:09 UTC. If you believe the information included in the content is inaccurate or outdated and requires editing or removal, please contact us at [email protected]