Ministry of Agriculture of Azerbaijan Republic

04/16/2026 | Press release | Distributed by Public on 04/16/2026 05:10

Latviya nümayəndə heyəti Şuşa və Xankəndidə aparılan yenidənqurma işləri ilə tanış olublar

Latviya nümayəndə heyəti Şuşa və Xankəndidə aparılan yenidənqurma işləri ilə tanış olublar

Azərbaycanla Latviya arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak üçün ölkəmizdə səfərdə olan Latviya Respublikasının kənd təsərrüfatı naziri Armands Krauzenin rəhbərlik etdiyi nümayəndə heyəti Şuşa və Xankəndi şəhərlərində aparılan yenidənqurma işləri ilə tanış olublar.

Nümayəndə heyəti əvvəlcə Azərbaycanın tarixi və qədim diyarı Şuşa şəhərinin mərkəzi meydanı, Şuşa xalça muzeyi, Aşağı Gövhərağa məscidi, Yeni Yaşayış Kompleksi və Cıdır düzündə olublar. Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov səfər iştirakçılarına Şuşa şəhərinin tarixi, işğal dövründəki vəziyyəti, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti ilə şəhərdə aparılan quruculuq işləri, tarixi abidələrin bərpası və nəzərdə tutulan planlar barədə məlumat verib. Qeyd olunub ki, mədəniyyət paytaxtımızın bərpa və yenidənqurulması layihələri Şuşanın özünəməxsus memarlıq ənənələrinə və xalqımızın milli dəyərlərinə söykənir.

Daha sonra nümayəndə heyəti Xankəndi şəhərində Zəfər parkı və Zəfər meydanında olublar. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsləhətçisi Qasım İbrahimov qonaqlara qədim Azərbaycan torpağı olan Xankəndi şəhərinin uzun illər işğala, dağıntılara məruz qaldığı, artıq bir neçə ildir ki, işğal altında qalan bütün ərazilərin azad edildiyi, azad edilmiş ərazilərdə hazırda genişmiqyaslı yenidənqurma işlərinin aparıldığı barədə məlumat verib. Qeyd olunub ki, Xankəndi şəhərində yaradılan Zəfər parkı Azərbaycan xalqının tarixi ədalətin bərpası və öz ərazi bütövlüyünün qorunması uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını və 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni əks etdirir.

Səfər iştirakçıları "Böyük Qayıdış" Dövlət Proqramı çərçivəsində Xankəndi şəhərində aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ilə də əyani tanış olublar. Vurğulanıb ki, hazırda Şuşa və Xankəndinə olduğu kimi Azərbaycanın işğaldan azad olunmuş bütün ərazilərində bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir.

Tarix: 16 Aprel 2026
Paylaşmaq:
Ministry of Agriculture of Azerbaijan Republic published this content on April 16, 2026, and is solely responsible for the information contained herein. Distributed via Public Technologies (PUBT), unedited and unaltered, on April 16, 2026 at 11:10 UTC. If you believe the information included in the content is inaccurate or outdated and requires editing or removal, please contact us at [email protected]