SOCAR - State Oil Company of Azerbaijan Republic

06/29/2026 | Press release | Archived content

Gənc media nümayəndələrinin SOCAR-ın Karbamid zavoduna səfəri təşkil olunub

29 iyun 2026-cı il tarixində Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələrinin SOCAR-ın Karbamid zavoduna səfəri təşkil olunub.

Sessiyada çıxış edən Karbamid zavodunun direktoru Kutay Durna media nümayəndələrini salamlayaraq zavodun fəaliyyəti, istehsalat gücü, ixrac potensialı və gələcək planları barədə məlumat verib.

Karbamid zavodunun istehsalat direktoru Şöhrət Mirzəyev Dünya İqtisadi Forumunun "Qlobal mayak" Şəbəkəsinə üzv qəbul edilən və "Rəqəmsal mayak" mükafatına layiq görülən SOCAR-ın Karbamid zavodunda həyata keçirilən rəqəmsal transformasiya layihəsi, istehsalat proseslərinin avtomatlaşdırılması, eləcə də müəssisədə tətbiq olunan innovativ həllər barədə təqdimatla çıxış edib.

Sonra media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Daha sonra gənc jurnalistlər üçün zavod ərazisinə sahə turu təşkil olunub

SOCAR - State Oil Company of Azerbaijan Republic published this content on June 29, 2026, and is solely responsible for the information contained herein. Distributed via Public Technologies (PUBT), unedited and unaltered, on July 16, 2026 at 18:50 UTC. If you believe the information included in the content is inaccurate or outdated and requires editing or removal, please contact us at [email protected]