Ministry of Agriculture of Azerbaijan Republic

09/30/2026 | Press release | Distributed by Public on 09/30/2026 08:12

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib

Cəlilabad rayonunda "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın icrası, qarşıda duran vəzifələr və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi, Cəlilabad Rayon İcra Hakimiyyəti, Aqrar Sığorta Fondu, digər aidiyyəti qurumların nümayəndələri, fermer və sahibkarlar iştirak ediblər.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Dövlət Proqramının əhəmiyyətindən bəhs edib. İcra başçısı vurğulayıb ki, rayonda kənd təsərrüfatının inkişafı, yerli istehsalın genişləndirilməsi və ərzaq təminatının möhkəmləndirilməsi prioritet istiqamətlərdəndir. O, fermer və sahibkarlara hərtərəfli dəstək göstərildiyini, qarşıya çıxan problemlərin operativ həlli istiqamətində rayonda davamlı işlərin aparıldığını diqqətə çatdırıb.

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov aqrar sektorun dayanıqlı inkişafı, sahibkarlığın dəstəklənməsi və bu sahədə qabaqcıl təcrübələrin paylaşılmasının vacibliyini qeyd edib. Nazir müavini bitkiçilik və heyvandarlıq sahələrinə dövlət tərəfindən göstərilən dəstək tədbirlərindən danışıb. Elçin Zeynalov Aqrar Subsidiya Şurasının 2026-2027-ci illər üzrə qəbul etdiyi yeni qərar barədə ətraflı məlumat verərək, dövlət tərəfindən tətbiq edilən güzəştlərin əsas hədəfinin fermerlərə birbaşa dəstək və stimullaşdırma məqsədi daşıdığını vurğulayıb.

Sonda rayonun aqrar sahəsində mövcud vəziyyət, fermer və sahibkarların qarşılaşdığı məsələlər, Dövlət Proqramından irəli gələn tədbirlərin icrası və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Fermer və sahibkarların təklifləri dinlənilib, sualları cavablandırılıb.

Tarix: 30 Sentyabr 2026
Paylaşmaq:
Ministry of Agriculture of Azerbaijan Republic published this content on September 30, 2026, and is solely responsible for the information contained herein. Distributed via Public Technologies (PUBT), unedited and unaltered, on September 30, 2026 at 14:12 UTC. If you believe the information included in the content is inaccurate or outdated and requires editing or removal, please contact us at [email protected]