11/07/2025 | Press release | Distributed by Public on 11/07/2025 05:51
7 noyabr 2025-ci il, Bakı: 7 noyabr 2025-ci il tarixində Mərkəzi Bankın rəhbərliyi Zəfər Gününün 5-ci ildönümü münasibətilə Vətən müharibəsində iştirak etmiş əməkdaşlarla görüş keçirib.
Görüşdə Azərbaycan suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Mərkəzi Bankın sədri Taleh Kazımov Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi, xalqımızın sarsılmaz birliyi və qəhrəman ordumuzun misilsiz igidliyi sayəsində qazanılmış tarixi qələbənin Azərbaycan xalqının taleyində yeni, qürurverici bir səhifə açdığını vurğulayıb.
Sədr bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının milli həmrəyliyinin, dövlətinə və Ali Baş Komandana olan sonsuz sədaqətinin, həmçinin ordumuzun yüksək döyüş ruhunun və peşəkarlığının parlaq təzahürü olmuşdur. Bu qələbə təkcə hərbi gücün deyil, həm də xalqımızın mənəvi iradəsinin və milli birliyinin rəmzinə çevrilib.
Sədr Zəfər Günü və qarşıdan gələn Dövlət Bayrağı Günü münasibətilə Vətən müharibəsində iştirak etmiş əməkdaşları səmimi-qəlbdən təbrik edib, ölkəmizin suverenliyi və ərazi bütövlüyünün təmin edilməsində göstərdikləri xidmətlərə görə onlara dərin minnətdarlığını ifadə edib. O, şəhidlərə Allahdan rəhmət və qazilərə şəfa diləyib.
Görüş zamanı iştirakçılar tarixi qələbə ilə bağlı təəssüratlarını bölüşüb, Vətənə xidmətin qürurverici hiss olduğunu vurğulayıblar.
6
1.47 MB5
1.78 MB4
1.87 MB3
1.62 MB2
1.55 MB1
1.74 MB