SOCAR - State Oil Company of Azerbaijan Republic

11/07/2025 | Press release | Distributed by Public on 11/06/2025 23:24

SOCAR-ın prezidenti “Sinopec Engineering” şirkətinin prezidenti ilə görüşüb

SOCAR-ın prezidenti Rövşən Nəcəf Çin Xalq Respublikasının "Sinopec Engineering" şirkətinin prezidenti Zhang Xinming ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Çin arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda uğurla inkişaf etdiyi bildirilib. Bu xüsusda, SOCAR ilə Çin şirkətləri arasında mövcud əməkdaşlıq məmnunluqla qeyd olunub.

Söhbət zamanı neft və qazın emalı sahəsində, neft-kimya, rəqəmsallaşma, enerji keçidi, müasir emal texnologiyalarının tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə tərəflər arasında əməkdaşlığa dair çərçivə sazişi imzalanıb.

SOCAR - State Oil Company of Azerbaijan Republic published this content on November 07, 2025, and is solely responsible for the information contained herein. Distributed via Public Technologies (PUBT), unedited and unaltered, on November 07, 2025 at 05:24 UTC. If you believe the information included in the content is inaccurate or outdated and requires editing or removal, please contact us at [email protected]