Ministry of Agriculture of Azerbaijan Republic

06/06/2026 | Press release | Distributed by Public on 06/06/2026 09:03

İstanbulda Azərbaycan və Moldova kənd təsərrüfatı nazirlərinin görüşü keçirilib

İstanbulda Azərbaycan və Moldova kənd təsərrüfatı nazirlərinin görüşü keçirilib

Türkiyədə səfərdə olan kənd təsərrüfatı naziri Məcnun Məmmədov Moldovanın kənd təsərrüfatı və qida sənayesi naziri Ludmila Katlabuga ilə görüşüb. Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Azərbaycan və Moldovanın dost ölkələr olduğunu deyən nazir Məcnun Məmmədov qeyd edib ki, aqrar sahə iki ölkə arasında əməkdaşlığın ən perspektivli istiqamətlərindən biridir.

Nazir Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 6-cı iclasına da toxunub. Bildirib ki, iclasda iki ölkə arasında gələcək əməkdaşlığın bir çox istiqamətləri, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

Vurğulanıb ki, hər iki ölkə ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatının iqlim dəyişikliklərinə uyğunlaşdırılması, innovativ texnologiyaların tətbiqi və kənd təsərrüfatı məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılmasına mühüm önəm verir.

Nazir Məcnun Məmmədov ölkəmizdə hər il təşkil olunan "Caspian Agro" sərgisinin əhəmiyyətinə toxunub, Moldova tərəfini bu sərgidə milli pavilyonla təmsil olunmağa, moldovalı iş adamlarını bu sərgidə fəal iştiraka çağırıb.

Görüşdə aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması, bu sahədə ən müasir texnologiyaların transferi, şərabçılıq sahəsində əməkdaşlığın gücləndirilməsi, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilmə məsələləri müzakirə olunub.

Hazırda Azərbaycanda aqrar sektorun rəqəmsallaşması prosesinin həyata keçirildiyi, ölkəmizin bu sahədə əldə etdiyi təcrübəni Moldova tərəfi ilə bölüşməyə hazır olduğu diqqətə çatdırlıb.

Söhbət zamanı kənd təsərrüfatı sahəsində Azərbaycan-Moldova İşçi Qrupunun fəaliyyəti müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Tarix: 06 Iyun 2026
Paylaşmaq:
Ministry of Agriculture of Azerbaijan Republic published this content on June 06, 2026, and is solely responsible for the information contained herein. Distributed via Public Technologies (PUBT), unedited and unaltered, on June 06, 2026 at 15:03 UTC. If you believe the information included in the content is inaccurate or outdated and requires editing or removal, please contact us at [email protected]