Ministry of Agriculture of Azerbaijan Republic

05/01/2026 | Press release | Distributed by Public on 05/01/2026 01:30

Mayın 1-dən ölkə ərazisindəki bütün su hövzələrində sənaye məqsədilə balıq və digər su bioresurslarının ovu qadağan edilir

Mayın 1-dən ölkə ərazisindəki bütün su hövzələrində sənaye məqsədilə balıq və digər su bioresurslarının ovu qadağan edilir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş "Balıq və digər su bioresursları ovunun Qaydaları"na əsasən, balıqların kürüləmə dövrü ilə əlaqədar olaraq sənaye məqsədilə balıq və digər su bioresurslarının ovu 1 may 2026-cı il tarixindən etibarən ölkə ərazisindəki bütün su hövzələrində sentyabrın 1-dək qadağan edilir.

Balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri müəyyən edilmiş qaydalara əməl etməyə, qadağan olunmuş müddətlərdə və qadağan edilmiş alətlərlə balıq ovundan çəkinməyə çağırırıq.

Balıq və digər su bioresurslarının ov qaydalarını pozan, o cümlədən qanunsuz balıq ovu ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Kənd Təəsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzinin və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizində və daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirilir və qanun pozuntularına qarşı müvafiq tədbirlər görülür.

Tarix: 01 May 2026
Paylaşmaq:
Ministry of Agriculture of Azerbaijan Republic published this content on May 01, 2026, and is solely responsible for the information contained herein. Distributed via Public Technologies (PUBT), unedited and unaltered, on May 01, 2026 at 07:30 UTC. If you believe the information included in the content is inaccurate or outdated and requires editing or removal, please contact us at [email protected]